PFL-in prezidenti Avropa Peşəkar Futbol Liqalarının Baş Assambleyasında iştirak edəcək
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər. PFL rəsmiləri Praqada keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı Baş Assambleyasında iştirak edəcəklər.

Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcəklər.

Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.

Xəbər 121 dəfə oxundu.