MMA döyüşçümüz Zəfər Abdürrəhmanov növbəti görüşünü keçirəcək
Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirəcək.

Təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında Ermənistan idmançısı Narek Qalstyan ilə qarşılaşacaq.

Z.Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ qazanıb.

Xəbər 447 dəfə oxundu.