“Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib
Almaniyanın “Herta” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Ötən gün Sandro Şvartsla yolları ayıran Bundesliqa təmsilçisi onu Pal Dardai ilə əvəzləyib.

Macarıstanlı mütəxəssislə müqavilə mövsümün sonunadək nəzərdə tutulub.

Dardai bundan əvvəl iki dəfə (2015-2019-cu, 2021-2022-ci) Berlin təmsilçisini çalışdırıb.

Qeyd edək ki, "Herta" Bundesliqada 28 turdan sonra 22 xalla sonuncu sıradadır.

Xəbər 106 dəfə oxundu.