Azərbaycan millisinin Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Şimali Makedoniya yığması ilə yoldaşlıq oyunları üçün yekun heyəti açıqlanıb.

Yoldaşlıq oyunları aprelin 18-də və 20-də Skopyedə keçiriləcək.

Yekun heyətdə Ayxan Abbaszadə ("Turan Tovuz"), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı "Qəbələ"), Firudin Kişiyev (EFA), Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı "Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hər üçü "Sumqayıt"), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hər üçü "Neftçi"), Həsən Nəzərli ("Ankaragücü" Türkiyə), Hikmət Cəbrayılzadə ("Qarabağ"), İslam İsmayilzadə ("Səbail") və Ümid Səlimov ("Şamaxı") yer alıblar.

Xəbər 111 dəfə oxundu.