Almaniya klubu baş məşqçisi ilə yollarını ayırıb
Almaniyanın "Herta" klubu baş məşqçisi Sandro Şvartsla yollarını ayırıb.

Almaniyalı mütəxəssisin gələn ilin yayınadək olan müqaviləsinə xitam verilib.

Mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib.

Qeyd edək ki, "Herta" Bundesliqada 28 oyuna 22 xalla turnir cədvəlində sonuncu - 18-ci pillədə qərarlaşıb.

Xəbər 116 dəfə oxundu.