Natalya Usova: Milli Gimnastika Arenasında azarkeşlər idmançıları böyük hərarətlə dəstəkləyirlər
Bakıda keçirilən bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirində gənclər arasında komanda hesabında qızıl medal qazanan Özbəkistan təmsilçiləri Mişel Nesterova və Natalya Usova qələbə sevincini bölüşüblər.

M.Nesterova uzun müddət bu yarışa hazırlıq prosesi keçdiklərini deyib: “Yarışlara bir il yarımdır ki, hazırlaşırıq. Məşqlərimiz çox yaxşı keçib. Buradakı şərait və abı-hava bizi məftun etdi. Belə bir möhtəşəm zalda yarışacağımızı təsəvvür etmirdik”.

Natalya Usova deyib ki, doğrudan da burada azarkeşlər idmançıları böyük hərarətlə dəstəkləyirlər. Belə böyük bir zalda çıxış etmək çox həyəcanlı idi. Qarşıda bizi iyunun əvvəlində Asiya çempionatı, daha sonra isə dünya çempionatı gözləyir.

Xəbər 122 dəfə oxundu.