Bakıda bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

Milli Gimnastika Arenasında təşkil olunan turnirin sonuncu günündə gənc və böyük gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, gənclərdən ibarət qrup hərəkətləri komandaları 5 top və 5 ip, böyüklər isə 3 lent və 2 topla final mərhələsində güclərini sınayacaqlar.

Turnirə 14 ölkədən 119 gimnast qatılıb. Azərbaycanı yarışlarda 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyır.

Xəbər 130 dəfə oxundu.