Kərim Benzema Raul Qonzalesin uğurunu təkrarlayıb
“Real Madrid” UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk qarşılaşmasında “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib. Bu qarşılaşma Madrid təmsilçisinin hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Fransalı futbolçu “Real Madrid”in heyətində qitənin ən nüfuzlu klub turnirində 130-cu görüşünü keçirib. Nəticədə Benzema bu komandanın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb. Fransalı forvard hazırda ispaniyalı ilə birlikdə ikinci yeri bölüşür.

“Real Madrid”in heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu İker Kasilyasdır. Qapıçı vaxtilə bu komandada 150 matça çıxıb.

Xəbər 117 dəfə oxundu.