Yeniyetmə və gənc üzgüçülərimiz Macarıstanda güclərini sınayacaqlar
Azərbaycanın yeniyetmə və gənc üzgüçüləri beynəlxalq turnirdə iştirak edəcəklər.

Baş məşqçi Rəşad Əbdürrəhmanov bu gün Macarıstanın Şopron şəhərində start götürəcək yarışda 18 idmançıya şans verəcək.

Turnirdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış aprelin 16-da başa çatacaq.

Xəbər 145 dəfə oxundu.