“Tirana”nın hücumçusu “Qarabağ”a keçəcəyini istisna etmir
Adı “Qarabağ”la hallanan Albaniyanın “Tirana” futbol klubunun hücumçusu Florent Hasani Ağdam komandasına mümkün keçidi barədə danışıb.

Kosovalı forvard menecerinin bu işlə məşğul olduğunu deyərək, mövsümün sonunda karyerasını Azərbaycanda davam etdirə biləcəyinə eyham vurub: “Menecerim bu məsələ ilə məşğul olur. Azərbaydan çempionatını izləyirəm. Çox yaxşı çempionatdır. Qismət olsa orada futbol oynayacam. Hər şeyə yayda aydınlıq gələcək. Hələlik isə bütün diqqətimi “Tirana”nın oyunlarına yönəltmişəm”.

Xəbər 130 dəfə oxundu.