Məşhur gimnastlar Bakıda “Ulduz kimi parla” şüarı altında yarışacaqlar
Mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının şüarı açıqlanıb.

çempionat “Ulduz kimi parla” şüarı altında keçiriləcək.

Daha əvvəl qitə birinciliyinin posteri ictimaiyyətə təqdim olunmuşdu. Posterdə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın üzvləri yer alıblar.

Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci Avropa çempionatı olacaq.

Qeyd edək ki, paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.

Xəbər 132 dəfə oxundu.