“Bavariya” klubu 52 il sonra antirekordunu təkrarlayıb
Almaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk matçında “Mançester Siti”yə İngiltərədə 0:3 hesabı ilə uduzub. Münxen təmsilçisi bununla da İngiltərədə ən böyük hesablı məğlubiyyət antirekordunu təkrarlayıb.

Münxen klubu ilk dəfə 1971-ci ildə Yarmarkalar kuboku yarışlarının dörddəbir finalında “Liverpul”a eyni hesabla uduzmuşdu.

“Bavariya” həm də 2017-ci ildən bəri ilk dəfə avrokuboklarda 3 cavabsız qolla məğlub olub. Altı il əvvəl Fransa təmsilçisi PSJ Almaniya klubuna 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Bavariya” ilə “Mançester Siti” arasında cavab qarşılaşması Almaniyada baş tutacaq. Lakin Münxen təmsilçisi tarixi ərzində heç vaxt avrokubokların ilk matçındakı 3 top fərqli məğlubiyyətdən sonra cavab qarşılaşmasında geridönüş edə bilməyib.

Xəbər 123 dəfə oxundu.