Türkiyə Super Liqasının yeni mövsümünün başlayacağı tarix bəlli olub
Futbol üzrə Türkiyə Super Liqasında 2023-2024-cü il mövsümünün başlayacağı tarix müəyyənləşib.

Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Türkiyə Futbol Federasiyası İdarə Heyətinin qərarına görə, yeni mövsüm avqustun 11-də start götürəcək.

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına görə Super Liqanın son turu mayın 19-da olacaq.

Xəbər 124 dəfə oxundu.