Bakıda dünya kuboku yarışlarında 61 ölkədən atıcılar iştirak edəcəklər
Bakıda keçiriləcək atıcılıq üzrə dünya kuboku yarışlarında iştirak üçün 61 ölkədən 605 idmançı müraciət edib.

Atletlərlə yanaşı, yarışlara 300 nəfər texniki heyət də qatılacaq.

Yarış mayın 8-dən 15-dək Bakı Atıcılıq Mərkəzində olacaq. Atletlər güllə atıcılığı üzrə 10 növdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən il Bakıda keçirilmiş atıcılıq üzrə dünya kuboku yarışlarlnda həm güllə, həm də stend atıcılığı üzrə dünyanın 66 ölkəsindən 700 atlet iştirak etmişdi.

Xəbər 129 dəfə oxundu.