Necla Güngör Kırağası: Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi
Azərbaycan millisinə qarşı keçirdiyimiz oyunlar bizim üçün müsbət nəticələndi. Millətlər Liqasındakı rəsmi oyunlardan əvvəl bizim üçün yaxşı hazırlıq mərhələsi oldu.

Bu sözləri Bakıda qadın futbolçulardan ibarət Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirən Türkiyə yığmasının baş məşqçisi Necla Güngör Kırağası deyib.

Mütəxəssis bildirib ki, hər iki qarşılaşmada nümayiş etdirmək istədikləri oyun üslubunu sınaqdan keçiriblər: “Lakin ilk oyunda iki futbolçumuzun zədələnməsi ikinci oyuna daha təmkinli yanaşmağımıza səbəb oldu. İrəli xətdə rəqibi gərginlikdə saxlamaq, hücum bölgəsinə topu daşımaq bacarığımızı görmək baxımından nə kimi çatışmazlıqlarımızın olduğunu müəyyən edə bildik, yoxlamaq istədiyimiz oyunçulara şans vermək imkanı qazandıq. Yüksək qonaqpərvərliyə görə AFFA rəhbərliyinə təşəkkür edirik”.

Qeyd edək ki, “Dalğa Arena”da keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında daha əvvəl keçirilmiş ilk oyunda Türkiyə yığması 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər 132 dəfə oxundu.