Millimiz Slovakiya yığmasına məğlub olub
On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununu keçirib.

Slovakiyada meydan sahibi komanda ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub.

Azərbaycan yığması ilk matçında Monteneqroya 0:3 hesabı ilə uduzub.

Beləliklə, komandamız seçmə mərhələni xalsız və sonuncu pillədə başa vurub.

Xəbər 124 dəfə oxundu.