Araz Abdullayev yenidən Kipr klubuna keçə bilər
Futbol üzrə Azərbaycan milli komandasının formasını geyinmiş Araz Abdullayev yenidən ölkə xaricinə yollanmaq şansı qazanıb.

Yarımmüdafiəçiyə Kipr klubları maraq göstərir. Həmin komandalardan biri “Karmiotissa”dır. Belə ki, Yüksək Liqada mübarizə aparan klub A.Abdullayevi yayda heyətinə qatmağı planlaşdırır.

Otuz yaşlı futbolçu əvvəllər də Kiprdə çıxış edib. O, bu ölkənin “Anortosis” və “Etnikos Axna” klublarının üzvü olub.

Xəbər 162 dəfə oxundu.