Premyer Liqanın oyunlarını idarə edən hakimlər üçün seminar təşkil olunub
Bakı Olimpiya Stadionunda Hakimlər Komitəsinin sədri Barış Şimşəkin başçılığı ilə, türk mütəxəssislər Burçin Kəskin, Bahattin Duran və Tarık Ongunun iştirakı ilə Azərbaycan Premyer Liqası, Birinci Divizion və qadın hakimlər üçün növbəti seminar təşkil edilib.

Seminarda Premyer Liqa, Birinci Divizion və beynəlxalq oyunlardan olan epizodlar müzakirə edilib, UEFA tərəfindən təqdim edilən son təlimatlar futbol hakimlərinin diqqətinə çatdırılıb.

Xəbər 131 dəfə oxundu.