“Kəpəz” növbəti iki ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək
Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil.

Bunun ilə əlaqədar Liqa “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib. Belə ki, Gəncə təmsilçisinin aprelin 15-də “Turan Tovuz”, aprelin 29-da isə “Sumqayıt ilə ev oyunları Qəbələ şəhər stadionunda keçiriləcək.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz” klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.

Xəbər 144 dəfə oxundu.