Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər
Stolüstü tennisçilərimiz daha bir beynəlxalq yarışda iştirak edəcəklər. Söhbət Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq “WTT Youth Star Contender” turnirindən gedir. Otuza yaxın ölkədən idmançıların qatılacağı Podqoritsa turnirində seçmə komandamızın iki üzvü gücünü sınayacaq.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova ilə Adil Əhmədzadə etimadı doğrultmağa çalışacaqlar. Turnirin reqlamentinə əsasən, aprelin 11-12-də qızlar, 14-15-də oğlanlar mübarizə aparacaqlar. Aprelin 13-də isə qarışıq-qoşa turnirində mükafatçılar müəyyənləşəcək.

Qeyd edək ki, Mərziyyə Nurmətova ötən ay Antalyada keçirilən analoji yarışda bürünc medala layiq görülüb.

Xəbər 192 dəfə oxundu.