“Neftçi” klubu öz rekordunu yeniləyib
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümünün sonuncu mükafatçısı bəlli olub. “Qarabağ” ilə “Sabah”ın ardınca “Neftçi” də ilk üçlükdə yerini təmin edib.

Bu, XXIX turdan sonra rəsmiləşib. Bakı təmsilçisi səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib və xallarının sayını 60-a çatdırıb.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaq. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.

Paytaxt klubu 9 dəfə - 1992-ci, 1995-1996-cı, 1996-1997-ci, 2003-2004-cü, 2004-2005-ci, 2010-2011-ci, 2011-2012-ci, 2012-2013-cü və 2020-2021-ci il mövsümlərində çempion titulunu qazanıb. “Neftçi” beş dəfə gümüş (2000-2001-ci, 2006-2007-ci, 2018-2019-cu, 2019-2020-ci, 2021-2022-ci), altı dəfə bürünc (1994-1995-ci, 1998-1999-cu, 1999-2000-ci, 2005-2006-cı, 2007-2008-ci, 2017-2018-ci) mükafat qazanıb.

Qeyd edək ki, “Neftçi” ardıcıl altıncı mövsümü ilk üçlükdə bitirəcək

Xəbər 148 dəfə oxundu.