IFFHS: “Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni beynəlxalq reytinq cədvəlini açıqlayıb.

306 komandanın yer aldığı reytinqdə Azərbaycan bir klubla təmsil olunub.

Ağdamın “Qarabağ” klubunun mövqeyi ötən ayla müqayisədə dəyişməz qalıb. Ölkə çempionu 149 xalla 62-ci pillədə qərarlaşıb.

Ağdam təmsilçisi Avropa təmsilçiləri arasında 39-cu, postsovet məkanında birincidir.

Reytinq cədvəlinin ilk üçlüyündə “Flamenqo” (Braziliya – 327 xal), “Real Madrid” (İspaniya - 298) və “Mançester Siti” (İngiltərə - 254) yer alıblar.

Xəbər 138 dəfə oxundu.