Azərbaycan gimnastları beynəlxalq turnirlərdə uğurla iştirak ediblər
Akrobatika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Belçikada keçirilən beynəlxalq turnirlərdə uğurla iştirak ediblər.

Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük Antverpenin Purs bölgəsində təşkil olunan dünya kuboku yarışlarında gümüş medala sahib olublar.

Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Başiri isə eyni şəhərdə təşkil olunan “Flanders Acro Cup” turnirində qarışıq hərəkətlər proqramında birinci yeri tutublar.

Xəbər 125 dəfə oxundu.