Tsoqt Zulzaya: Azərbaycan gimnastları yüksək fiziki keyfiyyətlərə malikdirlər
Azərbaycan çempionatı yüksək səviyyədə keçdi. Bakıya iki həftə əvvəl gəlmişik və bu müddət ərzində məşq edirik. İdmançılarımız Azərbaycan çempionatında kifayət qədər yaxşı çıxış etdilər. Məşqçilərimiz də idmançıların yüksək səviyyəli hazırlığı üçün çox çalışırlar.

Bu sözləri ölkəmizdə təlim-məşq toplanışında olan və 28-ci Azərbaycan çempionatında müsabiqədən kənar çıxış edən Monqolustanın bədii gimnastika üzrə yığma komandasının məşqçisi Tsoqt Zulzaya deyib.

Mütəxəssis bildirib ki, Azərbaycan idmançılarında böyük inkişaf hiss olunur: “Düşünürəm ki, onlar Asiya çempionatında uğur əldə edəcəklər. Asiya çempionatından sonra gənclər və böyüklər arasında dünya çempionatına hazırlaşacağıq. Komandamızın üzvlərindən yaxşı nəticə gözləyirəm”.

Azərbaycan gimnastlarının yüksək fiziki keyfiyyətlərə malik olduğunu deyən Tsoqt Zulzaya bildirib ki, onlar yüksək artistizmləri ilə də seçilirlər. Hər zaman zövqlü gimnastika geyimləri onları digərlərindən fərqləndirir

Xəbər 128 dəfə oxundu.