Bakıda “Sağlam həyat” günləri davam edir
İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətlə Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Sağlam həyat” günləri davam edir.

Aprelin 10-dək davam edəcək tədbirdə iştirakçılar 14 yaş qrupunda (6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-24, 25-29, 30-34, 35-39, 40-44, 45-49, 50-54, 55-59 və 60+ yaş), iki müxtəlif məkanda – Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayırlar.

Əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği olan “Sağlam həyat” günlərində qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) üzrə müvafiq normativləri yerinə yetirənlərə “qızıl”, “gümüş” və “bürünc” stikeri olan sertifikatlar təqdim olunur.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşları da fəal iştirak edirlər.

Tədbir hər gün saat 10:00-dan 18:00-dək davam edir.

Xəbər 155 dəfə oxundu.