“Turan Tovuz” komandası “Şamaxı” ilə matça itki ilə çıxacaq
“Turan Tovuz” futbol klubu Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Şamaxı”nı qəbul edəcək.

Tovuz təmsilçisi bu oyuna itki ilə çıxacaq.

Ötən tur “Sumqayıt”la matçda zədələnən Piruzi Marakvelidze komandasına kömək edə bilməyəcək. Gürcü yarımmüdafiəçi hazırda müalicə olunur. O, 10 günlük müalicə prosesindən sonra məşqlərə başlayacaq.

Aprelin 9-da keçiriləcək “Turan Tovuz” - “Şamaxı” oyununa saat 16:00-da start veriləcək.

Xəbər 139 dəfə oxundu.