Premyer Liqa: “Səbail” klubu “Sabah”ı, “Sumqayıt” isə “Neftçi”ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIX turu çərçivəsində daha iki oyun keçiriləcək.

Günün ilk matçı “ASCO Arena”da “Səbail” və “Sabah” komandaları arasında olacaq. Hazırda “Sabah” 65 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır. 18 xalı olan “Səbail” isə sonuncudur.

Günün sonuncu oyununda isə “Sumqayıt” komandası “Neftçi”ni qəbul edəcək. Bakı təmsilçisi 57 xalla üçüncü, “Sumqayıt” isə 24 xalla səkkizinci yerdə qərarlaşıblar.

Qeyd edək ki, açılış oyununda “Qəbələ” evdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq

Xəbər 137 dəfə oxundu.