Aşağı Güzdək qəsəbəsində yeni meydança istifadəyə verilib
Abşeron rayon Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin qapalı idman zalında AFFA tərəfindən süni ot örtüyü quraşdırılıb.

Bu gün açılış mərasimi keçirilən meydança şagirdlərin istifadəsinə verilib.

Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbdə əsasən qazi və şəhid övladları təhsil alır.

Meydança Xüsusi Təyinatlı Qüvvələrin qazisi Elvin Vəliyevin təşəbbüsü ilə istifadəyə verilib.

Xəbər 140 dəfə oxundu.