Bakıda keçiriləcək minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçiriləcək minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.

Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.

Püşkə əsasən, A qrupunda Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan və İtaliya yer alıb. Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə və Cənubi Afrika Respublikası B qrupunda mübarizə aparacaq.

Yarışın qalibi mayın 6-da müəyyənləşəcək. Bakı Tennis Akademiyasında keçiriləcək oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər

Xəbər 124 dəfə oxundu.