Albaniya klubunun futbolçusu "Neftçi"yə keçə bilər
Bakının “Neftçi” klubunun növbəti mövsüm üçün heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Söhbət Albaniyanın “Tirana” klubunun forvardı Florenta Hasanidən gedir.

Bakı təmsilçisi əslən Kosovodan olan futbolçunun meneceri ilə artıq ilkin danışıqlar aparıb.

Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın da Hasani ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Xəbər 134 dəfə oxundu.