“Neftçi” əsas qapıçısı ilə müqaviləni yeniləməyə hazırlaşır
Bakının “Neftçi” klubu əsas qapıçısı ilə müqaviləni yeniləməyə hazırlaşır.

Xorvatiyalı qolkiper İvan Brkiçlə yeni sözləşmənin müddəti iki ilə nəzərdə tutulub. Artıq müqavilənin maliyyə şərtləri də razılaşdırılıb.

Yaxın günlərdə qolkiperin rəsmi sözləşməyə imza atacağı gözlənilir.

Qeyd edək ki, ötən ildən paytaxt klubunda çıxış edən Brkiçə xarici klublardan da təklif gəlsə də, o, “Neftçi”də qalmağa üstünlük verib.

Xəbər 111 dəfə oxundu.