Azərbaycanlı məşqçi Beynəlxalq Gimnastika Federasiyasının kollokviumuna qatılıb
Yunanıstanın paytaxtı Afinada Beynəlxalq Gimnastika Federasiyasının (FIG) təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə kollokvium keçirilib.

41 ölkədən 70 nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi gimnastika hamı üçün növü üzrə yığma komandanın baş məşqçisi Ruslan Eyvazov təmsil edib.

Tədbirdə “World Gym for Life Challenge -2025”in təqdimatı, gimnastikanın tarixi, FIG-nin bu növ üzrə keçirəcəyi digər yarışlar barədə məlumat verilib və praktiki məşğələlər keçirilib.

Xəbər 167 dəfə oxundu.