Frank Lempard “Çelsi”yə müvəqqəti baş məşqçi təyin olunub
Frank Lempard “Çelsi” klubuna müvəqqəti baş məşqçi təyin olunub.

London təmsilçisi sabiq baş məşqçisi ilə mövsümün sonunadək müqavilə bağlayıb.

Klub uzunmüddətli layihə üçün yeni məşqçi axtarışı prosesini davam etdirəcək.

Mütəxəssis 2019-cu ilin yayından və 2021-ci ilin yanvarına kimi London təmsilçisini çalışdırıb, daha sonra "Everton"a keçib.

Xatırladaq ki, aprelin əvvəlində “Çelsi” baş məşqçisi Qrem Potteri istefaya göndərib.

Xəbər 175 dəfə oxundu.