Stolüstü tennisçilərimiz dünya reytinqinə başçılıq edirlər
Stolüstü tennisçilərimiz Yağmur Məmmədli ilə Onur Quluzadə 13 yaşadək idmançılar arasında qarışıq – qoşa növdə dünya birincisidirlər.

Beynəlxalq Stolüstü Tennis Federasiyasının açıqladığı yeni siyahıya 30 xalla Azərbaycan idmançıları başçılıq edirlər. Onlar ən yaxın izləyiciləri olan Sinqapur təmsilçilərini 5 xal qabaqlayırlar. İlk üçlüyü 21 xalla Livan idmançıları qapayırlar.

Qeyd edək ki, reytinq siyahısı idmançıların yarışlardakı nəticələrinə əsasən tərtib olunur. Yağmur Məmmədli ilə Onur Quluzadə son olaraq martda Antalyada keçirilən "WTT Youth Contender" yarışının qarışıq-qoşa turnirində bürünc mükafata layiq görülüblər.

Xəbər 249 dəfə oxundu.