Gənc hakimlərimiz Avropa Həndbol Federasiyasının seminarına qatılacaqlar | |
Təmsilçilərimiz Ləman Həmidova ilə Aydan Hüseynova Avropa Həndbol Federasiyasının gənc hakimlər üçün təşkil etdiyi seminara dəvət alıblar. Azərbaycan Yüksək Liqasının hakimləri aprelin 5-dən 12-dək Çexiya paytaxtı Praqada keçiriləcək seminara qatılacaqlar. Yeniyetmələr arasında beynəlxalq turnir çərçivəsində təşkil olunacaq seminarda fərqlənən hakimlər EHF-in növbəti seminarlarında iştirak hüququ qazanacaqlar. Qeyd edək ki, beynəlxalq seminar fiziki testlər, oyun qaydaları və hakimlik metodikası üzrə keçiriləcək. |
|
Xəbər 377 dəfə oxundu. |
|
|