“Çelsi” Ekvador klubunun 15 yaşlı yarımmüdafiəçisini heyətinə qatacaq
İngiltərənin “Çelsi” klubu “İndependiente”nin (Ekvador) 15 yaşlı yarımmüdafiəçisi Kendri Paezi transfer etməyə hazırlaşır.

London klubu yarımmüdafiəçinin transferi ilə bağlı Ekvador təmsilçisi ilə artıq anlaşıb. Futbolçu 2026-cı ildə 18 yaşı tamam olanda “Çelsi”yə keçəcək. Transferin 20 milyon avro təşkil etdiyi açıqlanıb.

“İndependiente”nin əsas heyətində üç oyun keçirən ekvadorlu futbolçu bir qol vurub.

“Çelsi” 38 xalla Premyer Liqada 11-ci pillədə qərarlaşıb. Həmçinin London klubu "Real Madrid"lə Çempionlar Liqasının dörddəbir finalında oynayacaq.

London təmsilçisi bir müddət əvvəl baş məşqçisi Qrem Potterlə müqaviləyə xitam verib. Qırx yeddi yaşlı Potter 2022-ci ilin sentyabrında alman Tomas Tuheli baş məşqçi postunda əvəzləyərək London klubuna keçib. İngilis mütəxəssisin müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu.

Xəbər 120 dəfə oxundu.