“Qəbələ”nin 600-cü qolunu Feras Abu Akal vurub
“Qəbələ” futbol klubu Premyer Liqada 600-cü qolu vurub. Bu, Azərbaycan Premyer Liqasının XXVIII turuna təsadüf edib.

“Sabah”la səfər oyununda (2:3) komandanın ikinci qoluna imza atan Feras Abu Akal yubiley topunun müəllifi olub. Premyer Liqada 2006-cı ildə debüt edən “qırmızı-qaralar” 600 qoldan 317-ni evdə, 283-nü səfərdə vurub.

“Qəbələ”nin ilk qolu 2006-cı ildə qeydə alınıb. Vüsal Qarayev İmişlidə “MKT-Araz”ın qapısına yol tapıb.

“Qəbələ”nin Premyer Liqada tarixi qolları:

Birinci qol – 2006-2007-ci il mövsümü

Vüsal Qarayev - 11.08.2006. “MKT-Araz” (İmişli) – “Gilan” (Qəbələ) - 4:1

100-cü qol – 2009-2010-cu il mövsümü

Kənan Kərimov - 09.02.2010. “Qəbələ” – “Turan” (Tovuz) - 1:0

200-cü qol – 2012-2013-cü il mövsümü

Lourival Assis - 03.11.2012. “Qəbələ” – “Neftçi” (Bakı) - 2:1

300-cü qol – 2014-2015-ci il mövsümü

Viktor Mendi – 05.04.2015. AZAL (Bakı) – “Qəbələ” – 0:4

400-cü qol – 2016-2017-ci il mövsümü

Tellur Mütəllimov – 19.03.2017. AZAL (Bakı) – “Qəbələ” - 1:1

500-cü qol – 2019-2020-ci il mövsümü

Rövlan Muradov - 01.03.2020. “Zirə” – “Qəbələ” - 1:2

600-cü qol – 2022-2023-cü il mövsümü

Feras Abu Akal – 02.04.2023. “Sabah” – “Qəbələ” - 3:2.

Xəbər 132 dəfə oxundu.