“Ocaq Sport” klubunun bədii gimnastika üzrə ikinci açıq birinciliyinə start verilib
Bakı Olimpiya İdman Kompleksində “Ocaq Sport” klubunun bədii gimnastika üzrə ikinci açıq birinciliyinə start verilib.

Yarışda “Ocaq Sport” klubu, Abşeron, Ağdaş, Gəncə, Şağan, Sumqayıt, Qusar, Qax Olimpiya İdman kompleksləri, “Ocaq Sport” klubunun Hövsan bölməsi, “Kür” Olimpiya Tədris İdman Mərkəzi və digər klub və məktəblərdən 340 idmançı qüvvəsini sınayacaq.

Birincilikdə fərdi gimnastlarla yanaşı, qrup komandaları da mübarizə aparacaqlar.

Yarışda idmançılar balalar (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyaları üzrə çıxış edəcəklər.

İki gün davam edəcək yarışda gimnastlar fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Xəbər 123 dəfə oxundu.