“Atletiko”nun qapıçısı Yan Oblak Dieqo Qodinin rekordunu təkrarlayıb
“Atletiko” İspaniya La Liqasının XXVII turunda “Betis”i 1:0 hesabı ilə məğlub edib. Bu qarşılaşma “Atletiko”nun qapıçısı Yan Oblak üçün əlamətdar olub.

O, Madrid təmsilçisinin heyətində 389-cu matçına çıxıb. Beləliklə, sloveniyalı qolkiper klubun sabiq futbolçusu Dieqo Qodinin rekordunu təkrarlayıb.

“Atletiko” hazırda İspaniya çempionatının turnir cədvəlində 54 xalla üçüncü pillədədir. “Betis” isə 45 xalla beşincidir.

Xəbər 161 dəfə oxundu.