"Olimpiakos" klubunun baş məşqçisi klubdan ayrılıb
Yunanıstanın "Olimpiakos" futbol klubunun baş məşqçisi Miçel Qonsales komandadan ayrılıb.

Mütəxəssis özü belə qərar qəbul edib.

Hesabında 42 xal olan "Olimpiakos" Yunanıstan çempionatının tunir cədvəlinə liderlik edir.

Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"u çalışdırırdı. O, bu mövsüm komandanı Avropa Liqasında "Qarabağ"la matçlara da çıxarıb. Yunanıstandakı oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb, Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınıb.

Xəbər 127 dəfə oxundu.