La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
İspaniyanın “Espanyol” futbol klubu baş məşqçisi Dieqo Martineslə yollarını ayırıb.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspan mütəxəssis komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

Qeyd edək ki, “Espanyol” hazırda La Liqada 27 turdan sonra 27 xalla 17-ci sırada qərarlaşıb.

Xəbər 140 dəfə oxundu.