“Sumqayıt”ın futbolçusu cərimələnib
"Sumqayıt” futbol klubunun futbolçusu Vüqar Mustafayevin cəzası açıqlanıb.

Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Buna səbəb V.Mustafayevin Premyer Liqanın XXVIII turunda "Turan Tovuz”la oyunda qırmızı vərəqə alması olub. "Gənclik şəhəri” təmsilçisi buna görə, 1600 manat cərimələnib.

Xəbər 137 dəfə oxundu.