Stolüstü tennisçilərimiz Çexiyaya yollanıblar
Yeniyetmə stolüstü tennisçilərimiz Şakir Qədirov və Banu Baytallı “Evrotalent selection camp” beynəlxalq seçim toplanışına qatılıblar.

idmançılarımız məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə aprelin 9-dək Çexiyanın Havirov şəhərində keçirilən seçim mərhələsində bacarıqlarını göstərəcəklər.

Təlim-məşq toplanışının nəticələrinə əsasən, fərqlənən idmançılar qitənin istedadlı stolüstü tennisçiləri sırasına daxil olacaqlar və beynəlxalq federasiya tərəfindən təşkil olunan toplanışlarda ustalıqlarını artırmaq imkanı qazanacaqlar.

Xəbər 201 dəfə oxundu.