“Neftçi” klubu “Turan Tovuz”un hücumçusu ilə maraqlanır
“Neftçi”nin növbəti mövsüm üçün heyətində görmək istədiyi daha bir futbolçunun adı məlum olub.

Paytaxt klubu “Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvaya maraq göstərir. Bu mövsüm yaxşı formada olan Oduva Tovuz təmsilçisinin heyətində ən çox fərqlənən futbolçulardandır.

“Neftçi” mövsümün sonunda “Turan Tovuz”la müqaviləsi yekunlaşacaq futbolçunu azad agent statusu ilə transfer etmək istəyir.

Qeyd edək ki, vaxtilə “Tottenhem”də də oynayan Oduva ölkəmizdə daha əvvəl “Keşlə”nin (indiki “Şamaxı”) şərəfini qoruyub.

Xəbər 146 dəfə oxundu.