Renat Dadaşovun komandası İsveçrə çempionatında növbəti qələbəsini qazanıb
Futbol üzrə İsveçrə çempionatında 26-cı turun oyunları keçirilib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” bu turda doğma meydanda “Luqano" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

R.Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. İyirmi üç yaşlı hücumçu 76-cı dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Qrasshopper” 26 turdan sonra 34 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xəbər 138 dəfə oxundu.