Avarçəkənimiz Diana Dımçenko İtaliyada “Paolo d’Aloja” memorialında birinci olub
Akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. İdmançımız bu uğura İtaliyada təşkil edilən “Paolo d’Aloja” memorialında imza atıb.

İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada təmsilçimiz bir nəfərlik qayıqla 2 min məsafəyə təsnifat mərhələsində üçüncü olub və finala vəsiqə qazanıb. Olduqca gərgin idman mübarizəsi şəraitində keçən final yürüşündə isə idmançımız ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.

Finişə üçüncü çatan Özbəkistan təmsilçisi, “Tokio-2020” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə ayırıb.

Xəbər 206 dəfə oxundu.