“Sabah” klubu tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qəbələ”yə qalib gələn (3:2) “Sabah” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Turnir cədvəlində ikinci pillədə olan Bakı təmsilçisi sona səkkiz tur qalmış dördüncü pillədə qərarlaşan “Zirə”ni 27 xal qabaqlayaraq bu hüququ əldə edib.

Hazırda “Sabah”ın 65, “Zirə”nin isə 38 xalı var. Bu isə o deməkdir ki, “Sabah” ən azı 3-cü pilləni özü üçün təmin edib.

Qeyd edək ki, daha əvvəl lider “Qarabağ” da avrokuboklarda iştirak hüququ əldə etmişdi.

Xəbər 146 dəfə oxundu.