Basketbol Liqası: “Gəncə” ardıcıl dördüncü qələbəsini qazanıb
Azərbaycan Basketbol Liqasının XXIII turuna Gəncə Olimpiya İdman Kompleksində yekun vurulub.

“Gəncə” doğma azarkeşlər önündə “Zirvə Astara” basketbolçularını qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98:89 hesablı qələbə qazanaraq, play-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər. Bu, “Gəncə”nin ardıcıl dördüncü qələbəsidir.

Oyunun ən məhsuldar basketbolçuları “Gəncə”dən Kollin Törner (34 xal, 11 asist), “Zirvə Astara”dan Darin Conson (24 xal, 4 ribaund) olublar.

Xəbər 164 dəfə oxundu.