Azərbaycanın bədii gimnastları Sarayevoda beynəlxalq turnirdə 15 medal qazanıblar
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Suada Dilberoviç” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Gimnastlarımız turnirdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal qazanıblar. Alina Məmmədova 3 qızıl (çoxnövçülük, halqa, top), 1 gümüş (lent), 1 bürünc (gürzlər), Leyli Ağazadə 2 qızıl (gürzlər, lent), 2 gümüş (çondinövçülük), 1 bürünc (top), Mədinə Dəmirova əlavə 2 gümüş (top, gürzlər) və 3 bürünc (çoxnövçülük, lent, halqa) medala sahib olublar.

Xəbər 135 dəfə oxundu.