Millimiz Çin, Yaponiya, Ukrayna və Meksika yığmaları ilə qarşılaşacaq
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.

Yığmamız C qrupunda mübarizə aparacaq.

Komandamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.

Xəbər 181 dəfə oxundu.